Azərbaycanda qətl törətdiyi üçün axtarışa verilən şəxs Rusiyada tutulub

Azərbaycanda qətl törətdiyi üçün axtarışa verilən şəxs Rusiyada tutulub
# 12 iyul 2016 10:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda qətl törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 4-dən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Firdovsi Mustafayev Rusiya Federasiyasında saxlanılıb.

Onun ekstradisiyası üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR