Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bölgələrə qastrol səfəri edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bölgələrə qastrol səfəri edəcək
# 01 iyul 2015 13:12 (UTC +04:00)

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaradıcı heyət M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” tamaşası ilə iyulun 4-dən 8-dək Şəmkir, Samux, Göygöl, Daşkəsən, Tovuz və Ağstafa rayonlarında çıxış edəcək.

Mətbuat xidmətindən əlavə ediblər ki, Dövlət Gənc Tamaşaçılar Teatrı 87-ci teatr mövsümünə iyulun 6-da Ağstafa rayonunda yekun vuracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR