Bakıda keçmiş polis əməkdaşı bıçaqlanıb - VİDEO

Bakıda keçmiş polis əməkdaşı bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 19 avqust 2015 23:58 (UTC +04:00)

APA-nın məlumatına görə, təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Kliniki Xəstəxanaya içkili vəziyyətdə olan naməlum şəxs gətirilib. Onun bıçaqlandığı məlum olub. Əməliyyat olunan yaralının həyatı xilas edilib.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırmalar nəticəsində yaralının 33 yaşlı Samir Cəfərov olduğu müəyyən edilib. O, keçmiş polis əməkdaşıdır. Yaralı ilkin ifadəsində bildirib ki, onu metronun "Əhmədli" stansiyasının qarşısında tanımadığı şəxs bıçaqlayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR