BDU-nun Jurnalistika fakültəsində elmi-praktik konfrans keçirilib

BDU-nun Jurnalistika fakültəsində elmi-praktik konfrans keçirilib
# 02 mart 2015 11:32 (UTC +04:00)

Bakı - APA. Bu gün BDU-nun Jurnalistika fakültəsində elmi-praktik konfrans keçirilib.

BDU Mətbuat və İnformasiya şöbəsindən APA-ya verilən məlumata görə, konfransın məruzəçiləri - fakültənin dekan müavini, dosent Sevinc Əliyeva “Milli-mənəvi dəyərlərin qoruyub saxlaması və bu məsələdə gənc yazarların rolu”, Beynəlxalq jurnalistika kafedrasının müəllimi, filologiya elmləri namizədi Vüqar Əliyev “Milli-mənəvi dəyərlərin globallaşma şəraitində qoruyub saxlaması və onlara mediada əməl edilməsi problemi”, elmi işçi Samir Mirzəyev isə “Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin fəaliyyət istiqaməti və mediada təbliğat formaları” mövzularında çıxış ediblər.

Məruzələr auditoriya tərəfindən maraqla qarşılanıb, verilən suallar natiqlər tərəfindən cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR