Qəbələdə əmək yarmarkası keçirilib

Qəbələdə əmək yarmarkası keçirilib
# 23 sentyabr 2015 15:08 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon mədəniyyət mərkəzində keçirilən tədbirdə iştirak edən vətəndaşlara 41 müəssisə və təşkilat tərəfindən 219 boş iş yeri təqdim olunub. Təşkilatlardan 35-i dövlət, 6-sı özəldir. Boş iş yerlərinə görə 114-624 manat məbləğində əmək haqqı təklif edilib. Yarmarkada iştirak edən 485 nəfər işaxtaran vətəndaşdan 100-ü öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.

Qeyd edək ki, ötən 9 ay ərzində Qəbələ rayon Məşğulluq Mərkəzi iş axtaran 472 nəfərin müraciətini qeydiyyata alıb və 190 nəfəri işlə təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR