Bakıda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bakıda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 02 noyabr 2014 21:24 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.

Dairəvi yolla Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil bir neçə ay əvvəl yolda aparılan təmir zamanı quraşdırılmış dəmir arakəsməyə çırpılıb.

Zərbənin gücündən maşının salonuna girən dəmir sürücüyə xəsarət yetirib. Onu hadisə şahidləri maşından çıxarıblar və təcili tibbi yardım briqadasına təhvil veriblər. Sürücünün şəxsiyyəti dəqiqləşdirilir.

İlkin ehtimala görə, qəzaya havanın yağışlı olması və sürücünün arakəsməni görməməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR