Bakıda sərnişin avtobusu piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib

Bakıda sərnişin avtobusu piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib
# 10 iyul 2015 08:26 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xanlar Ələkbərov küçəsi-25 in qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Sərxan Elxan oğlu Bağırov idarə etdiyi “İSUZU” markalı, 90-TV- 785 dövlət nömrə nişanlı 213 saylı xətt üzrə hərəkət edən avtobusla piyada 1958-ci il təvəllüdlü Tamella Murtuz qızı Babayevanı vurub. Piyada 3 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində yol qəzasını törədən sürücü S. Bağırov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR