TQDK cəzaçəkmə müəssisələrində buraxılış imtahanları keçirib

TQDK cəzaçəkmə müəssisələrində buraxılış imtahanları keçirib
# 06 iyun 2015 11:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 7, 10, 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2014-2015 tədris ilinin yekunları ilə bağlı buraxılış imtahanları keçirilib. Bu barədə APA-ya Penitensiar Xidmətdən məlumat verilib.

Həmin müəssisələrdə fəaliyyət göstərən Təhsil Nazirliyinin 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərinin 9 və 12-ci sinif şagirdləri müvafiq şəhadətnamə və attestatlara layiq görülmələri məqsədi ilə əldə etdikləri bilikləri nümayiş etdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR