İsveçrənin iqtisadiyyat, təhsil və tədqiqat məsələləri üzrə Federal Departamentinin rəhbəri Azərbaycana gəlib

İsveçrənin iqtisadiyyat, təhsil və tədqiqat məsələləri üzrə Federal Departamentinin rəhbəri Azərbaycana gəlib
# 12 aprel 2013 09:34 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İsveçrə Federal Şurasının üzvü və İsveçrə Konfederasiyasının iqtisadiyyat, təhsil və tədqiqat məsələləri üzrə Federal Departamentinin rəhbəri Yohan Snayder Ammanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. APA-nın məlumatına görə, iqtisadi inkişaf naziri Şahin Mustafayevin dəvəti əsasında gerçəkləşən səfər çərçivəsində nümayəndə heyəti İqtisadi İnkişaf, Maliyyə, Rabitə və İnformasiya Texnologiyaları, Sənaye və Energetika nazirliklərində görüşlər keçirəcək.

Departament rəhbərini səfərdə iş adamlarından ibarət geniş heyət müşayiət edəcək. Bundan əvvəl o, Qazaxıstanda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR