Putin: “Qafqazdakı münaqişə Rusiyanı Yuqoslaviya ssenarisi üzrə apara bilərdi”

Putin: “Qafqazdakı münaqişə Rusiyanı Yuqoslaviya ssenarisi üzrə apara bilərdi”
# 28 aprel 2015 15:09 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Xalq Cəbhəsi media-forumunda çıxışı zamanı deyib.

“Bu hansısa adi lokal münaqişə deyildi. İş ondadır ki, bu lokal münaqişə Rusiyadakı durumun real olaraq Yuqoslaviya istiqaməti üzrə inkişafına gətirib çıxara bilərdi”, - deyə o vurğulayıb.

Putin bildirib ki, həmin vaxt beynəlxalq terrorizmlə mübarizədə ciddi nəticə əldə etmək çox çətin olub: “Lakin o zaman terrorçularla mübarizə aparan insanlar bunun öhdəsindən gələ bildilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR