Bakıda mənzildə meyit aşkarlanıb

Bakıda mənzildə meyit aşkarlanıb
# 19 aprel 2015 19:24 (UTC +04:00)

Bakı-APA. Bakıda mənzildə meyit aşkarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Yasamal rayonunda 1946-cı il təvəllüdlü Tağızadə Ayna Müzəffər qızının mənzildə bağlı qapı arxasında qaldığı barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıblar. Onlar A. Tağızadənin cəsədini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR