Dövlət Gömrük Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
# 24 noyabr 2014 10:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Hacıqabul şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitənin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbul Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək.

Görüş noyabrın 28-də saat 11:00-da Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində (İsmət Qayıbov 1) baş tutacaq.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Hacıqabul, Şirvan, Kürdəmir rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR