BDU-nun Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi qeyd olunub - FOTOSESSİYA - YENİLƏNİB - VİDEO

BDU-nun Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 01 may 2015 10:33 (UTC +04:00)

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov 2000-ci ilin may ayından fəaliyyətə başlayan şöbənin işindən, bu illər ərzində əldə etdiyi uğurlardan, mətbuatla münasibətlərdən bəhs edib. Rektor bildirib ki, "Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında" kitabı universitetin 15 illik fəaliyyəti barədə KİV-də işıqlandırılan materiallar əsasında hazırlanıb. BDU rektoru qeyd edib ki, Azərbaycan xalqının tarixində özünəməxsus yer tutan universitetin mətbuat xidmətinin 15 illik tarixə malikdir. Onun sözlərinə görə, bu gün cəmiyyətin inkişafında, vətəndaş cəmiyyətinin qurulmasında mətbuatın xüsusi rolu var: “Mətbuat və informasiya şöbəsinin fəaliyyət göstərdiyi illər ərzində müxtəlif KİV-lər tərəfindən dəstəklənib, fəaliyyətə lazımi dəstək olublar”.

BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova “15 illik şərəfli yol” adlı təqdimatla çıxış edib. O, şöbənin fəaliyyət istiqamətlərindən, əməkdaşlıq etdikləri media qurumları ilə münasibətlərdən, hər ilin sonunda apardıqları mətbu monitorinqlərdən danışıb. Onun sözlərinə görə, yalnız ötən il ərzində BDU ilə bağlı 11 651 xəbər yayımlanıb və bu rəqəm 15 il ərzində daha yüksəkdir.

Tədbirdə jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, kafedra müdiri Cahangir Məmmədli çıxış edərək universitet-mətbuat münasibətlərindən, şöbənin fəaliyyətindən danışıblar.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda ilk dəfə jurnalistika fakültəsinin Bakı Dövlət Universitetində yarandığını və inkişaf etdiyini xatırladıb. BDU-nun bu sahənin inkişafında oynadığı rolu yüksək qiymətləndirən Ə. Amaşov bildirib ki, 2 ildir jurnalistika fakültəsinə tələbələr yalnız qabiliyyət imtahanından keçdikdən sonra qəbul olunurlar. Ötən il jurnalistika ixtisasına 200 yer nəzərdə tutulmuşdusa, onun yalnız 50-yə yaxını tutulub. İnanırıq ki, bu il jurnalistika fakültəsini seçən tələbələrin sayı çox olacaq və nəzərdə tutulan plan yerlərinin hər biri dolacaq.

Əflatun Amaşov Mətbuat Şurasının diplomunu BDU Mətbuat və informasiya şöbəsinin müdirinə təqdim edib.

Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov bildirib ki, BDU-nun mətbuat və informasiya şöbəsi son bir il ərzində nazirliyin 3 müxtəlif təltifinə layiq görülüb. Onun sözlərinə görə, universitetin mətbuat xidməti bu gün ali məktəblər içərisində öz fəaliyyəti və operativliyi ilə seçilir, fərqlənir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu gün informasiya, məlumatın əldə edilməsinin cəmiyyətin mühüm hissələrdən biri olduğunu hesab edib. Onun sözlərinə görə, bu gün mətbuatda ən problemli məsələ dövlət, qeyri-dövlət və ayrı-ayrı müəssisələrdə məlumatların əldə edilməsidir. V. Səfərli qeyd edib ki, hər bir müəssisənin mətbuatla işləyən şöbələri işini düzgün quranda həm jurnalistlərin işi rahat olur, həm də ictimaiyyətə dolğun, düzgün məlumatlar çatdırılır.

BDU-nun professoru, İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli də informasiya xidmətinin işindən danışıb. O bildirib ki, şöbənin media ilə uğurlu əməkdaşlığının bir səbəbi də medianın Universitetə həmişə xüsusi diqqət və qayğı ilə yanaşmasıdır: "Azərbaycan mətbuatının Universitetə yanaşmasında həmişə xüsusilik, hörmət və ehtiram hiss olunub".

APA Holding”in prezidenti Vüsalə Mahirqızı da bildirib ki, Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsi dövlət qurumları ilə media arasında nümunəvi əməkdaşlıq nümayiş etdirənlərdəndir. Onun sözlərinə görə, BDU-nun fəaliyyəti həm də onunla seçilir ki, bütün müsbət işlərlə yanaşı, tənqidi yazılara və mənfi yüklü xəbərlərə də anlayışla yanaşılır, dərhal operativ və rəsmi mövqe nümayiş etdirilir: “Hər bir mətbuat xidməti fəaliyyəti dövründə yaxşı işini təqdim etməyə çalışır. Lakin tənqidi məqam olanda onunla bağlı qarşı tərəfin mövqeyi olmadıqda mətbuatın işi də çətinləşir və düzgün olmayan məlumatlar yer alır. Ancaq Bakı Dövlət Universiteti bütün məqamlarda öz mövqeyini nümayiş etdirir və düzgün məlumatın mediada yayımlanmasına səy göstərir. Burda xüsusilə qeyd etmək istəyirəm ki, hər bir müəssisənin, təşkilatın mətbuat xidmətinin media ilə işi onun rəhbərinin mətbuata olan münasibətindən asılıdır. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da hər zaman mətbuata açıq olub, onun mediaya münasibətdə həmişə hörmətli, ziyalı mövqe nümayiş etdirib. Bu münasibət də BDU-nun Mətbuat və İnformasiya şöbəsinin işində özünü göstərib”.

Tədbirdə bir neçə KİV rəhbərinə "BDU-ya informasiya dəstəyi" və "Universitetin dostu" mükafatları verilib. Mükafata alanlar arasında “APA Holding”in prezidenti Vüsalə Mahirqızı da var. V. Mahirqızı BDU haqqında obyektiv, dolğun və davamlı məlumatlar yayımlanmasına, elmin təhsilin inkişafına göstərilən xidmətlərə görə "BDU-ya informasiya dəstəyi" xatirə mükafatı ilə təltif edilib.

Təltif olunanlar arasında KİV DF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov və başqaları da olub.

Bir qrup jurnalist isə fəaliyyət göstərdikləri KİV-də BDU haqqında yazılarına görə mükafatlandırılıb. Mükafat alanlardan biri də APA-nın əməkdaşı Könül Kamilqızıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR