Əlövsət Talışxanlı: “Müsavat birlikdə olmaq üçün az qala Milli Şuraya yalvarır, onda Milli Şuradan çıxmağın səbəbi nə idi?”

Əlövsət Talışxanlı: “Müsavat birlikdə olmaq üçün az qala Milli Şuraya yalvarır, onda Milli Şuradan çıxmağın səbəbi nə idi?”
# 07 aprel 2015 11:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Son 23 ildə Müsavatdakı Məclis seçkilərində belə nəticələr olmayıb. Məclis üzvlüyünə və MNTK-ya keçirilən seçkilərdə barmaqla sayıla biləcək qədər namizəd lazımı qədər səs toplaya bilib. Akademiklər, professorlar, partiya qarşısında böyük xidmətləri olan müsavatçılar Məclisə düşə bilməyiblər”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq üzvü Əlövsət Talışxanlı partiyanın Məclis üzvlüyünə keçirilən seçkilərə münasibət bildirərkən deyib.

O, Müsavatın Milli Şuraya etdiyi müttəfiqlik təklifinin də anlaşılmaz olduğunu vurğulayıb: “Müsavat Partiyası bir il olar, Milli Şuradan ayrılıb. İndi isə Milli Şura rəhbərliyinə müraciət edir ki, parlament seçkilərində birlikdə iştirak edək. Daha sonra müraciət edir ki, birgə mitinqlər təşkil edək. Az qala yalvarmaq həddinə gəlib çıxıb ki, gəlin, birlikdə olaq. Onda Milli Şuradan çıxmağın səbəbi nə idi? Digər tərəfdən də müsavatçılara deyilir ki, dairələri müəyyənləşdirin, partiya seçkilərə tək gedəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR