Bakıda keçiriləcək MDBMİ məzunlarının Ümumdünya Forumunun proqramı məlum olub

Bakıda keçiriləcək MDBMİ məzunlarının Ümumdünya Forumunun proqramı məlum olub
# 28 mart 2013 14:19 (UTC +04:00)

APA-nın tədbirin rəsmi saytına istinadən yaydığı məlumata görə, forum MDBMİ-nin İnkişaf Fondu və Azərbaycanda MDBMİ Məzunları Assosiasiyasının iştirakı ilə keçiriləcək.

Forumu Azərbaycan prezidenti İlham Əliyev açıq elan edəcək. Açılış mərasimində Rusiyanın xarici işlər naziri Sergey Lavrov, MDBMİ-nin rektoru Anatoli Tolkunov çıxış edəcəklər. Forum çərçivəsində BMT baş katibinin müavini Kasım-Jomart Tokayevin, Ukrayna baş nazirinin müavini Konstantin Qrişşenkonun, “Qazprom investholdinq” ASC-nin baş direktoru Əlişir Usmanovun, Slovakiyanın baş naziri və xarici işlər naziri Miroslav Layçakın, Moldova baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Yurie Lyankenin, Rusiyanın mədəniyyət naziri Vladimir Medinskinin, Vyetnamın xarici işlər nazirinin müavini Nquen Fıonq Nqanın, “Rossodrujestvo”nun rəhbəri MDBMİ-nin Qəyyumlar Şurasının üzvü Konstantin Kosaçevin çıxışları nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR