Bank Of Baku

Zelenski Putinə Türkiyədə görüşməyi təklif edib

Zelenski Putinə Türkiyədə görüşməyi təklif edib
# 01 noyabr 2026 22:10 (UTC +04:00)

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə Türkiyədə görüşməyi təklif edib.

APA xəbər verir ki, o, bu barədə CNN Türk telekanalına müsahibəsi zamanı danışıb.

Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın putinlə danışıqların təşkilinə kömək edəcəyinə ümid etdiyini deyib.

Ukrayna liderinin sözlərinə görə, nümayəndə heyətləri və texniki qruplar bütün məsələləri həll edə bilmədiyi üçün bəzi problemlər yalnız dövlət başçıları səviyyəsində müzakirə oluna bilər.

“Buna görə də mən onunla qərar qəbul edən şəxs kimi görüşmək istəyirəm”, – Zelenski bildirib.

Qeyd edək ki, bundan əvvəl Kremlin rəhbərinin köməkçisi Yuri Uşakov Zelenskinin danışıqlar üçün Moskvaya gələ biləcəyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR