Bank Of Baku

Zelenski Putinin Dobropolyenin ələ keçirilməsi ilə bağlı bəyanatına cavab verib

Zelenski Putinin Dobropolyenin ələ keçirilməsi ilə bağlı bəyanatına cavab verib
# 18 oktyabr 2026 20:45 (UTC +04:00)

Ukrayna prezidenti Volodimir Zelenski Dobropolye, Konstantinovka, Alekseyevo-Drujkovka, Orexov, Novopavlovka, Novoandreyevka və Velikomixaylovkanın Ukraynanın nəzarətində olduğunu açıqlayıb.

APA xəbər verir ki, o, bu barədə Rusiya prezidenti Vladimir Putinin Dobropolyenin ələ keçirilməsi ilə bağlı son bəyanatını şərh edərkən danışıb.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusu Dobropolyedə Rusiya qüvvələrinin hücum cəhdlərinin qarşısını alır və onların mövqelərə sızmasına imkan vermir. O, Donetsk, Xarkov və Zaporojye vilayətlərinin digər istiqamətlərində də Ukrayna hərbçilərinin mövqelərini qoruduğunu qeyd edib.

Ukrayna Prezidenti bildirib ki, payızın əvvəlindən ölkə ordusu Rusiyanın ələ keçirə bildiyindən daha çox ərazini azad edib.

Onun sözlərinə görə, Ukrayna qüvvələri cəbhədə təzyiqi davam etdirir və Zaporojyedən 20 kilometr məsafədə Rusiya hərbçilərini məhv edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR