Hannover polisi stadionun yaxınlığında partlayıcı qurğunun tapılması xəbərini təkzib edib

Hannover polisi stadionun yaxınlığında partlayıcı qurğunun tapılması xəbərini təkzib edib
# 18 noyabr 2015 05:17 (UTC +04:00)

Bakı-APA. Aşağı Saksoniya DİN rəhbəri Boris Pistorius Hannoverdə stadionun yaxınlığında avtomobilin salonunda partlayıcı qurğunun tapılması xəbərini təkzib edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Kreiszeitung” nəşri məlumat yayıb.

Onun sözlərinə görə, insidentlə əlaqədar hələlik heç kim saxlanılmayıb.

Qeyd edək ki, bundan əvvəl terror təhlükəsi səbəbindən təxirə salınmış Almaniya-Niderland futbol matçının keçiriləcəyi planlaşdırılan Hannover stadionu yaxınlığındakı avtomobillərin birindən partlayıcı qurğunun aşkarlanması barədə məlumat yayılıb.

Məlumata görə, partlayıcı qurğu “təcili yardım” avtomobildə aşkarlanıb.

Qeyd edək ki, Hannoverin “HDI- Arena” stadionunda keçiriləcəyi planlaşdırılan oyunu tribunadan Almaniya kansleri Angela Merkelin izləyəcəyi gözlənilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR