Əhməd Davudoğlu texaslı şagird Əhməd Məhəmmədlə görüşüb - FOTO

Əhməd Davudoğlu texaslı şagird Əhməd Məhəmmədlə görüşüb - <span style="color: red;">FOTO
# 26 sentyabr 2015 10:46 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirak etmək üçün Nyu Yorka gedən Türkiyənin baş naziri Əhməd Davudoğlu ABŞ-ın Texas ştatından olan müsəlman şagird Əhməd Məhəmmədlə görüşüb.

APA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, görüş öncəsi türkiyəli jurnalistlərlə söhbət edən Ə. Məhəmməd gələcəkdə Türkiyəni ziyarət etmək istədiyini bildirib: “Başqaları ciddi yanaşmasa belə, yaradıcı olmalıyıq. Mənim xəyalım irqçilik və ayrı-seçkiliyə qarşı bir şüur oyandırmaqdır”.


Ə. Məhəmməd oktyabrda ABŞ prezidenti Barak Obama ilə görüşəcəyini də söyləyib.


Qeyd edək ki, hazırladığı saatın məktəbdə müəllimi tərəfindən bomba zənn edilməsi nəticəsində Əhməd Məhəmməd polis tərəfindən nəzarətə götürülmüşdü. Hadisədən sonra B. Obama texaslı şagirdi hazırladığı saatla birgə Ağ Evdə görmək istədiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR