İtaliyanın “AGİ” informasiya agentliyinin baş meneceri “APA Holding”in rəhbəri ilə görüşüb - FOTO - VİDEO

İtaliyanın “AGİ” informasiya agentliyinin baş meneceri “APA Holding”in rəhbəri ilə görüşüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2014 12:04 (UTC +04:00)

APA-nın məlumatına görə, cənab Di Giavanni rəhbərlik etdiyi qurumun İtaliyanın ən böyük və geniş şəbəkəyə malik informasiya agentliyi olduğunu deyib, 60 ildir fəaliyyət göstərən “AGİ”nin 50-dən çox ölkədə nümayəndəliyinin olduğunu vurğulayıb. Baş menecer agentliyin həm də telekommunikasiya sahəsində ixtisaslaşmaq üzrə olduğunu bildirib. Təmsil etdiyi agentliyin Azərbaycanda APA informasiya agentliyi ilə əməkdaşlıq etmək niyyətində olduğunu deyən cənab Di Giavanni mümkün əməkdaşlıq formalarının müzakirə oluna biləcəyini söyləyib.

Öz növbəsində Vüsalə Mahirqızı qonağa APA informasiya agentliyi və holdinqə daxil olan digər media strukturlarının fəaliyyəti barədə geniş məlumat verib. Agentliyin iş prinsipləri, fəaliyyəti, əhatə dairəsi barədə danışan V.Mahirqızı APA-nın artıq dünyanın tanınmış media qurumları ilə əməkdaşlıq təcrübəsinin olduğunu bildirib və bu təcrübədən yararlanaraq APA və AGİ arasında əməkdaşlığın modellərini müzakirə etməyə hazır olduğunu deyib.

Görüşdə tərəflər rəhbərlik etdikləri qurumların fəaliyyət prinsipləri, həyata keçirilən yeni layihələr ətrafında müzakirələr aparıblar. Görüşün yekunu olaraq APA və AGİ arasında əməkdaşlıq haqqında memorandum layihəsinin hazırlanması qərara alınıb. Layihə hazır olduqdan sonra “APA Holding”in Direktorlar Şurasında və AGİ rəhbərliyində müzakirəyə çıxarılacaq, yekun variant hazırlandıqdan sonra imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR