Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 42 dəfə pozulub - VİDEO

Azərbaycan MN: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 42 dəfə pozulub - <span style="color: red;">VİDEO
# 26 dekabr 2014 07:04 (UTC +04:00)

Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şirvanlı, Sarıcalı, Şıxlar, Novruzlu, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR