“Expressbank” müştərilərinə 100 dollar qazanmaq imkanı yaradıb

“Expressbank” müştərilərinə 100 dollar qazanmaq imkanı yaradıb
# 18 sentyabr 2015 08:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” Western Union təcili pul köçürmə sistemi ilə birgə “Western Union ilə daha varlı“ adlı aksiya keçirir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, aksiya dekabrın 30-dək davam edəcək.

Aksiyanın şərtlərinə görə “Expressbank” filiallarında bu sistemlə pul göndərən və ya alanlar 100 dollar qazana biləcəklər. Aksiyada iştirak etmək istəyənlər www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində olan applikasiya («İspolzovat prilojeniya» düyməsi) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Hər növbəti ayın 5-də püşkatma yolu ilə qaliblər müəyyən olunacaq. Aksiya müddətində 120 hədiyyənin təqdim edilməsi nəzərdə tutulub. Aksiya barədə ətraflı məlumat üçün – http://mta.gpi-company.com/az/regulation.html .

Qeyd edək ki, pul köçürmə xidmətlərini “Expressbank”ın filiallarında həyata keçirmək mümkündür. Bank “Western Union”, “Zolotaya Korona”, “Contact”, “Lider”, “Caspian Money Transfer” və “Monex” sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 300-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR