Azərbaycan biznesmenləri Xorvatiyada müalicəvi turizm kompleksi layihəsinin icrasına dəvət olunub

Azərbaycan biznesmenləri Xorvatiyada müalicəvi turizm kompleksi layihəsinin icrasına dəvət olunub
# 03 may 2013 07:47 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Xorvatiyanın «K Centar» şirkəti Azərbaycan investorlarını Bioqrad şəhərində müalicəvi turizm kompleksi layihəsinin həyata keçirilməsində strateji tərəfdaşlığa dəvət edir.

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, Adriatik dənizi sahilində yerləşən kompleksin ərazisində hotel artıq fəaliyyət göstərir. Burada hovuz və idman meydançalarının damları inşa olunmalıdır ki, həmin damların üstünə günəş batareyaları quraşdırılacaq.

«Adria» adlanan hotelin bazar dəyəri 14,388 mln. avro təşkil edir. «K Centar» şirkəti Azərbaycan investorlarına sözügedən kompleksdə 30-70% civarında pay almağı təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR