İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri “APA Holdinq”də olub - FOTO

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri “APA Holdinq”də olub - <span style="color: red;">FOTO
# 19 noyabr 2015 13:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin yeni rəhbəri Məhəmməd Rza Nəcəfi bu gün “APA Holdinq”də olub.

APA İnformasiya Agentliyinin yaranmasının 11 illiyi münasibətilə təbriklərini çatdıran mətbuat katibi APA-nın regionun ən fəal və tanınmış agentliklərindən olduğunu qeyd edib. O, səfirliklə APA arasında hər zaman gözəl münasibətlərinin olduğunu vurğulayıb.

"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı qonağı salamlayaraq APA-nın İranın Azərbaycandakı səfirliyi ilə hər zaman sıx işlədiyini deyib. O, yaxın vaxtlarda APA-nın İranda bürosunun açılacağını qeyd edərək, gələcəkdə agentliyin fars dilində xəbər yayımı həyata keçirmək planının olduğunu da bildirib.

Görüşdə informasiya mübadiləsi, yeni media, regionda vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR