Sabah Azərbaycan ərazisində yağış yağacaq, güclü külək əsəcək - VİDEO

Sabah Azərbaycan ərazisində yağış yağacaq, güclü külək əsəcək - <span style="color: red;">VİDEO
# 10 aprel 2015 09:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Aprelin 11-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR