Kamran Əliyev: “Mənzil-tikinti kooperativlərin arxasında oliqarxların, kimlərinsə dayanması faktı yoxdur”

Kamran Əliyev: “Mənzil-tikinti kooperativlərin arxasında oliqarxların, kimlərinsə dayanması faktı yoxdur”
# 22 iyul 2015 09:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Mənzil-tikinti korporetivlərin arxasında oliqarxların, kimlərinsə dayanması faktı yoxdur. Bəzən səriştəsiz bəzi şəxslər bina tikintisi ilə məşğul olur, tikib qurtara bilmir”.

APA-nın məlumatına görə, bunu bu gün baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarım ili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.

K. Əliyev bildirib ki, vətəndaşlar mənzil tikinti kooperativləri barədə bir az ehtiyatlı olmalıdırlar: “Bizim tərəfdən yeni tiklilərlə bağlı təkliflər hazırlanıb və təqdim olunub. Tikilən binaların reyestri hansısa dövlət qurumu tərəfindən aparılmalıdır ki, vətəndaş mənzil almaq istəyərkən bunu yoxlada bilsin. Digər tərəfdən, onu da qeyd edib ki, vətəndaşlar artıq ayılıblar, son 3-5 ildə aldananlar yoxdur”.

K. Əliyev mətbuat konfransında “Sevil Massivi” MMC ilə əlaqədar 5 vəzifəli şəxslə bağlı cinayət işinin məhkəməyə göndərildiyini və artıq məhkəmənin ilkin baxışının oolduğunu qeyd edib: “Mən bu işlə bağlı vətəndaşlara dəyən tam ödəniləcəyi ilə bağlı məndə heç bir narahatçılıq yoxdur. İndiyə qədər vətəndaşlara dəyən ziyanın yarısının ödənilməsi təmin edilib. Digər tərəfdən, həmin 5 nəfərin əmlakı üzərinə həbs qoyulub. Ümid edirəm ki, məhkəmə bizim ilkin qərarla razılaşacaq və üzərinə həbs qoyulan əmlaklar satışa çıxarılacaq. Bu halda vətəndaşların digər yarısına dəyən ziyanı ödənilməsində problem olmayacaq”.

K. Əliyev “Xəmsə” MTK-nın rəhbərinin isə axtarışda olduğunu nəzərə çatdırıb: “Qanun bizə imkan verən formada ziyanın ödənilməsinə çalışırıq. Binanın indiki sahibi ilə vətəndaşlar arasında müqavilələr bağlanıb, bu sahədə vətəndaşlara dəymiş ziyanın ödənilməsinə çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR