Aleksandr Lukaşenko Moskvada keçiriləcək paradda iştirak etməyəcək

Aleksandr Lukaşenko Moskvada keçiriləcək paradda iştirak etməyəcək
# 18 aprel 2015 18:54 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Belarus prezidenti mayın 9-da Minskdə təşkil olunacaq paradı qəbul etməyə qərar verib. Prezidentin sözlərinə görə, hərbi paradı yalnız ali baş komandan qəbul edə bilər.

Lukaşenkonun sözlərinə görə, o 7-8 may tarixlərində Moskvaya səfər etmək və Naməlum Əsgərin məzarına gül çələnglərinin qoyulması mərasimində iştirak etmək niyyətindədir: “Mayın 8-də, hətta gecə olsa belə, Minskə qayıdacam və mayın 9-da paradı qəbul edəcəm”.

“Belta”nın məlumatına görə, Belarus prezidenti mayın 9-da Moskvaya səfər etməkdən imtina etmiş digər siyasətçiləri qınayıb: “Mən əvvəl Moskvada mayın 9-da təşkil olunacaq bayram tədbirlərinə iştirak edəcəklərinə söz verən, bu gün isə təkəbbürlə imtina edən siyasətçiləri dəstəkləmirəm. Əgər sən vətənində məşğulsansa, bu başqa məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR