Azərbaycanda bir gündə üç nəfər dərman və dəm qazından zəhərlənib

Azərbaycanda bir gündə üç nəfər dərman və dəm qazından zəhərlənib
# 04 aprel 2015 10:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bir gündə üç nəfər dərman və dəm qazından zəhərlənib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 3-də Gəncə şəhərində yaşayan Aysel Ələkbərova dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Aprelin 3-də Bakı şəhər sakinləri Sevilcan Güllərova, Kifayət Rəsulova və Salyan şəhər sakini Züleyxa Hacıyeva isə Şirvan şəhərində kirayədə yaşadıqları evdən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR