Azərbaycanın ATƏT-dəki nümayəndəliyi: Azərbaycan ABŞ və Avropa İttifaqı ilə dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır

Azərbaycanın ATƏT-dəki nümayəndəliyi: Azərbaycan ABŞ və Avropa İttifaqı ilə dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır
# 11 dekabr 2015 07:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan tərəflərin qarşılıqlı maraqları çərçivəsində ABŞ və Avropa İttifaqı ilə gələcəkdə də dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin ATƏT Daimi Şurasının 1082-ci iclasında Leyla Yunusun azad olunması ilə bağlı yaydığı bəyanatda deyilir.

Bəyanatda Bakı Apellyasiya Məhkəməsi tərəfindən dekabrın 9-da Leyla Yunus barədə hökmün humanitar əsaslarla dəyişdirilməsi barədə məlumat da verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR