Əməkdar rəssam İsmayıl Məmmədov vəfat edib

Əməkdar rəssam İsmayıl Məmmədov vəfat edib
# 12 dekabr 2016 07:35 (UTC +04:00)

Əməkdar rəssam İsmayıl Məmmədov dünyasını dəyişib. Bu barədə APA-ya məlumatı xalq rəssamı Arif Hüseynov verib. Onun sözlərinə görə, İsmayıl Məmmədov dekabrın 11-də uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Bakıda dəfn ediləcək.

Qeyd edək ki, rəssam İ. Məmmədov 1948-ci il mart ayının 31-də Bakıda doğulub. İlya Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib.

1998-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı olub.

İsmayıl Məmmədova 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR