Azərbaycanın fövqəladə hallar naziri Monteneqronun baş naziri ilə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri Monteneqronun baş naziri ilə görüşüb
# 28 oktyabr 2015 13:51 (UTC +04:00)

Bakı - APA. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 28-də Monteneqronun baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir K. Heydərov qonağa ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

Baş nazir M. Cukanoviç, öz növbəsində, qeyd edib ki, bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması sahəsində də Azərbaycanla əməkdaşlığın böyük potensialı var.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR