İki illik fasilədən sonra Dnestryanı münaqişənin həlli üzrə rəsmi danışıqlar keçiriləcək

İki illik fasilədən sonra Dnestryanı münaqişənin həlli üzrə rəsmi danışıqlar keçiriləcək
# 01 iyun 2016 11:35 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İki illik fasilədən sonra Moldova ərazisindəki Dnestryanı münaqişənin həlli ilə bağlı 5+2 formatında rəsmi danışıqlar keçiriləcək.

APA-nın ATƏT-ə istinadən verdiyi məlumata görə, 2-3 iyun tarixlərində Berlində keçiriləcək danışıqlarda Moldovanın, tanınmamış Dnestryanı ərazinin, Rusiyanın, Ukraynanın, ABŞ-ın, ATƏT-in və Avropa İttifaqının nümayəndələri iştirak edəcək. Danışıqlara Almaniyanın ATƏT-dəki sədrliyinin Dnestryanı münaqişənin həlli ilə bağlı xüsusi nümayəndəsi Cord Meier-Klodt sədrlik edəcək.

Xatırladaq ki, Dnestryanı münaqişənin həlli ilə bağlı sonuncu görüş 2014-cü ilin iyununda keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR