“AXA Mbask” Yaşıl Kart sığortaçılarının reyestrinə daxil edilib

“AXA Mbask” Yaşıl Kart sığortaçılarının reyestrinə daxil edilib
# 16 dekabr 2015 07:32 (UTC +04:00)

Bakı - APA-Economics. “AXA Mbask” sığorta şirkəti 15 dekabr 2015-ci il tarixində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilib.

Bu barədə “APA-Economics”ə İcbari Sığorta Bürosundan məlumat verilib.

Qeyd edək ki, “İcbari Sığortalar haqqında” qanunun 50-2 maddəsinə uyğun olaraq sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün Yaşıl Kart sığortaçılarının reyestrinə daxil olmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR