Tərtərdə elektrik naqillərini oğurlayan şəxslər saxlanılıb

Tərtərdə elektrik naqillərini oğurlayan şəxslər saxlanılıb
# 10 may 2016 17:59 (UTC +04:00)

Tərtər. Ziya Əmirxanlı-APA. Tərtərdə cəbhə kəndlərində elektrik naqillərini oğurlayan şəxslər yaxalanıb.

Tərtər rayon Polis Şöbəsində APA-ya verilən məlumata görə, aprelin 2-dən 10-dək cəbhə xəttində yaranmış gərginlikdən istifadə edən bir qrup yerli sakin artezian quyularına gedən elektrik naqillərini oğurlayıb.

Tərtər Rayon Polis Şöbəsinin istintaq qrupunun rəhbəri Elvin Kərimov bildirib ki, rayon Subartezian Quyularının İstismari İdarəsindən daxil olan şikayət əsasında başlanan araşdırma nəticəsində rayon sakini Umudov Rasim Tapdıq oğlu və Goranboy sakini Əliyev Əli Ənvər oğlu saxlanılıb. Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Məlum olub ki, həmin şəxslər rayonun cəbhə xətti boyunca Qarağacı, Qapanlı, Əskipara və Qazyan kəndlərindən oğurladıqları naqilləri əridiblər və tərkibindəki misin 1 kiloqramını 5 manatdan satıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR