Akif Çovdarovun işində zərərçəkənlərdən biri ötən ay həbsxanada ölüb

Akif Çovdarovun işində zərərçəkənlərdən biri ötən ay həbsxanada ölüb
# 23 sentyabr 2016 07:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Baş Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri - Azər Quliyev saxlanıldığı cəzaçəkmə müəssisəsində ölüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tibb Baş İdarəsindən APA-ya verilən məlumata görə, A. Quliyev avqustun 20-də saxlanıldığı müəssisədə vəfat edib. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, "Azərtikinti ATF" MMC-nin direktoru olan A. Quliyev bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR