Yol çöküb, avtomobillər çuxura tökülüb

Yol çöküb, avtomobillər çuxura tökülüb
# 28 sentyabr 2016 15:46 (UTC +04:00)

Bakı - APA. Bu gün günorta saatlarında İstanbulda yol çöküb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbulun Güngören rayonunda Çam küçəsində yolun çökməsi nəticəsində 6 avtomobil yaranan çuxura düşüb.

Olay zamanı 1 nəfər yüngül yaralanıb. Yolun çökməsinin səbəbi infrastruktur işləri ilə əlaqədar bir müddət əvvəl həmin yerin qazıldığı, sonradan qazılmış yerin lazımi səviyyədə doldurulmaması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR