Bərdədə ər arvadını qətlə yetirib

Bərdədə ər arvadını qətlə yetirib
# 08 yanvar 2016 10:18 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Bərdə rayonunda qətl hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. 1981-ci il təvəllüdlü Zülfüqar Rəhimov, həyat yoldaşı 1983-cü il təvəllüdlü Gülnaz Rəhimovanı bıçaqlayıb. 3 uşaq anası aldığı bıçaq zərbəsindən hadisə yerində ölüb.

Z. Rəhimovun yaxınları onu polis əməkdaşlarına təslim edib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR