Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əməliyyat olunub

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əməliyyat olunub
# 03 iyun 2016 11:55 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov Müdafiə Nazirliyinin mərkəzi klinik hərbi xəstəxanasında əməliyyat edilib.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə müdafiə nazirinin mətbuat katibi Arsun Ovannisyan bildirib.

Lakin Xaçaturovun hansı əməliyyat keçirdiyi açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR