Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb

Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb
# 23 fevral 2016 07:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan gömrükçüləri külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Econonmics”ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında Gəncə şəhər sakini Məmmədov Şaiq Murad oğlunun idarə etdiyi “Ford Transit” markalı 20-DR-224 dövlət nömrə nişanlı avtomobilə baxış keçirib. Yoxlama zamanı avtomobildən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 40 min ədəd siqaret aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR