Bakıda dalaşanları sakitləşdirmək istəyən gənc bıçaqlanıb

Bakıda dalaşanları sakitləşdirmək istəyən gənc bıçaqlanıb
# 26 dekabr 2015 01:11 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bu gecə Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Qanlı hadisə Zabrat qəsəbəsində qeydı alınıb.

APA-nın məlumatına görə, Şabran rayon sakini, 28 yaşlı Vüsal Məmmədov bıçaqlanıb. Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun damarı kəsildiyi üçün xeyli qan itirib. Yaralı əməliyyat olunub, vəziyəti orta ağırdır.

Xəstəxananın həkimi Loğman Məmmədov APA-ya bildirib ki, kəskin qanaxma müşahidə olunan yaralı başqa xəstəxanaya köçürülüb: “Damarın zədələnməsi şübhəsi var idi. Akademik Mustafa Bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə danışıqlardan sonra yaralı təcili yardım avtomobili ilə həmin mərkəzin damar cərrahiyyəsi şöbəsinə aparıldı”.

İlkin məlumata görə, Vüsal Məmmədov dostları arasında yaranan mübahisəni sakitləşdirmək istəyərkən bıçaqlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR