DSMF: Dekabr üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

DSMF: Dekabr üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb
# 16 dekabr 2015 08:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə DSMF sədri Elman Mehdiyev bildirib.

E. Mehdiyev qeyd edib ki, DSMF mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonları üzrə dekabr ayının 7-si, respublikanın digər rayon və şəhərləri üzrə isə dekabr ayının 15-i tarixində tam yekunlaşıb: “Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər bütün pensiyaçılar qabaqcadan öz pensiyalarını ala biləcəklər”.

DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. “Ümumilikdə, başa vurmaqda olduğumuz il ərzində əmək pensiyalarının maliyyələşdirilməsinin hər ay vaxtından əvvəl həyata keçirilməsi təmin olunub”, - deyə sədr qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR