Bakıda iri tikilidə yanğın baş verib

Bakıda iri tikilidə yanğın baş verib
# 18 dekabr 2015 06:07 (UTC +04:00)

Bakı-APA. Bu gecə Bakıda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 10 000 kv.m olan tikilinin taxta konstruksiyalardan ibarət dam örtüyü 200 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR