Daşkəsəndə hədə-qorxu ilə pul tələb edən və adam bıçaqlayan şəxslər tutulub

Daşkəsəndə hədə-qorxu ilə pul tələb edən və adam bıçaqlayan şəxslər tutulub
# 12 avqust 2016 09:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daşkəsəndə hədə-qorxu ilə pul tələb etməkdə və adam bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 6-da Daşkəsən rayonunun Xoşbulaq kəndində Səbuhi Hətəmovu Tural adlı tanışı 3 naməlum şəxslə birgə “VAZ-2121” markalı avtomobilə zorla oturdub dağlıq əraziyə apararaq bıçaqla hədələyib 500 manat pul tələb edib, vermədiyindən bıçaqla ona yüngül xəsarət yetirib.


Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağcabədi şəhər sakini Tural Əhmədov və Göygöl rayon sakini Ayxan Hüseynli tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR