MM üzvü AŞPA Monitorinq Komitəsinin iclasında iştirak edəcək

MM üzvü AŞPA Monitorinq Komitəsinin iclasında iştirak edəcək
# 20 may 2016 08:09 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin (MM) Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin üzvü deputat Elxan Süleymanov qurumun Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün mayın 22-də Fransanın paytaxtı Parisə səfərə yola düşəcək.

Bu barədə APA-ya MM-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tədbirdə Azərbaycan üzrə həmməruzəçi Stefan Şennakın cari ilin aprelin 5-dən 9-dək ölkəmizə səfərinin yekunları barədə məlumatı dinləniləcək.

Demokratik institutların fəaliyyəti ilə bağlı Türkiyə və Makedoniya ilə danışıqlar davam etdiriləcək.


Deputatımız müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək. Səfər mayın 24-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR