Rusiyanın Suriyadakı aviabazasında yerləşdirilən “S-400” zenit-raket sistemi döyüş növbəsinə başlayıb

Rusiyanın Suriyadakı aviabazasında yerləşdirilən “S-400” zenit-raket sistemi döyüş növbəsinə başlayıb
# 26 noyabr 2015 17:23 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Suriyadakı “Xmeymim” aviabazasında yerləşdirilən “S-400” zenit-raket sistemi döyüş növbəsinə başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Rusiya ali baş komandanın qərarına uyğun olaraq “S-400” zenit-raket sistemi operativ şəkildə Rusiyanın Suriyadakı “Xmeymim” aviabazasına gətirilərək döyüş növbəsinə başlayıb”, deyə İqor Konaşenkov bildirib.

Qeyd edək ki, “S-400” zenit-raket sisteminin Suriyadakı “Xmeymim” aviabazasında yerləşdirmək qərarı Rusiyanın “Su-24” döyüş təyyarəsinin Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulduqdan sonra verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR