Azərbaycan prezidenti Naxçıvan aeroportunun “Şərq Terminalı”nın yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Azərbaycan prezidenti Naxçıvan aeroportunun “Şərq Terminalı”nın yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
# 01 dekabr 2015 14:08 (UTC +04:00)

APA-nın məlumatına görə, Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına terminalın texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, yenidənqurma işləri aparılarkən burada uzunluğu 20 metr olan 2 keçid körpüsü, minik və enişlərin təmin olunması üçün 2 teleskopik trap quraşdırılıb. Ümumiyyətlə sərnişinlərin rahatlığı üçün terminalda bütün zəruri tədbirlər görülüb. Hərəkət məhdudiyyəti olan sərnişinlər üçün 2 lift avadanlığı quraşdırılıb. Uzunluğu 41 metr olan baqaj konveyeri və eskalatorlar istifadəyə verilib. Bütün bu yeniliklər hava limanının sərnişin dövriyyəsini 2 dəfədən çox artıraraq saatda 150-200 nəfərdən 400-450 nəfərə çatdırılmasına imkan verəcək.

Qeyd edək ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Bakı ilə yanaşı, İstanbul və Moskva şəhərlərinə də uçuşlar həyata keçirilir. İlin sonunadək Gəncə şəhərinə də uçuşların bərpa edilməsi nəzərdə tutulur.

Dövləti başçısı hava limanının imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

İ. Əliyev həmçinin Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. V. Talıbov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR