Təhsil naziri 20 Yanvar faciəsi ilə bağlı əmr imzalayıb

Təhsil naziri 20 Yanvar faciəsi ilə bağlı əmr imzalayıb
# 11 yanvar 2016 08:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 20 Yanvar faciəsinin 26-cı ildönümünün təhsil müəssisələrində qeyd edilməsi barədə təhsil naziri Mikayıl Cabarov əmr imzalayıb. APA-nın xəbərinə görə, 20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib.

Tədbirlər planına müvafiq olaraq, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.

İnformasiya şöbəsinə əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunması və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etmək tapşırılıb.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR