Göyçayda canavarlar qoyun sürüsünə hücum edib

Göyçayda canavarlar qoyun sürüsünə hücum edib
# 18 yanvar 2016 13:42 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda canavarlar qoyun sürüsünə hücum edib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Ləkçiplaq kəndində sakinlərin qoyunları otlaq sahəsində olarkən qəflətən vəhşi heyvanların hücumuna məruz qalıb. Qoyun sürüsünə nəzarətçi şəxs hadisədən gec xəbər tutduğu üçün canavarlar 7 nəfərə məxsus 15 baş qoyunu yaralayıb. Hələlik qoyunlardan tələf olan yoxdur. Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb, onlar quduzluğa qarşı müalicə olunur.

Kənd sakinləri qış aylarında vəhşi heyvanların tez-tez kəndə hücum edərək qoyunlara və ev quşlarına ziyan vurduğunu deyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR