Fövqəladə Hallar Nazirliyinin yubiley medalı təsis edilib

Fövqəladə Hallar Nazirliyinin yubiley medalı təsis edilib
# 07 dekabr 2015 15:51 (UTC +04:00)

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və prezidentin aktlarının “Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Orden və medalların təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində dövlət başçısına məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Orden və medalların təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Fərmana əsasən, “Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalı ilə təltif etmək səlahiyyəti fövqəladə hallar nazirinə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR