Xaçmazda 44 yaşlı kişi avtomobillə vurulub

Xaçmazda 44 yaşlı kişi avtomobillə vurulub
# 02 may 2016 07:32 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gəndob - Yalama yolunun Xaçmaz şəhəri ərazisində, magistralın 26-cı km-də “VAZ - 2106” markalı avtomaşın piyada, 1972-ci il təvəllüdlü Əfəndiyev Təbriz İkram oğlunu vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən xəsarət alan şəxsin vəziyyəti ağırdır.


Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR